İnsanlara hürriyət, millətlərə istiqlal!

Başqasına məxsus “Prius”la qəza törətdi, öldü

886 15.11.2023 13:52 Hadisə A A

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Seydimli kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Balakəngərli kənd sakini, 2000-ci il təvəllüdlü Məmmədov Bəhruz Mənaf oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yol qəzası törədib. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Bildirilib ki, avtomobil B.Məmmədova məxsus olmayıb. O, etibarnamə olmadan Nicat Şükürov adlı şəxsə məxsus avtomobili idarə edirmiş.

Faktla bağlı cinayət işi başlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR