İnsanlara hürriyət, millətlərə istiqlal!

BAP-ın sədri: "Hədəfimiz ilk üçlükdə yer almaqdır"

961 07.09.2023 14:13 Siyasət A A

 

Xəbər verdiyimiz kimi, Böyük Azərbaycan Partiyası qeydiyyata alınıb.

Musavat.com-a açıqlama verən partiya sədri Elşad Musayev bildirib ki, Böyük Azərbaycan Partiyası qanunun müzakirəsi və qəbulu müddətində fəallıq göstərdi. O qeyd  edib ki, bütün siyasi partiyalar yeni qanunun tələblərinə riayət etməlidirlər: "Reyestrdən keçmək üçün ilk növbədə partiya üzvlərinin siyahısı hazırlanmalı idi. Böyük Azərbaycan Partiyası birinci mərhələdə 7388 nəfərlik siyahı təqdim etdi, müvafiq düzəlişlərdən sonra isə 6378 nəfərlə qeydiyyatdan keçdik. Heç kimin dəstəyi olmadan 20 ildir yol gəlirik. Partiyanın üzvlərinə, təşkilati strukturun qurulmasında köməklik edən hər kəsə təşəkkürümü bildirirəm. Böyük Azərbaycan Partiyası adından göründüyü kimi, böyük hədəfləri olan partiyadır. Görünən odur ki, strateji baxımdan doğru hədəf müəyyən etmişik. Hədəfimiz həmçinin, partiyalar arasında ilk üçlükdə yer almaqdır.

Ölkədə siyasi partiyalar arasında da, hakimiyyətlə siyasi partiyalar arasında da münasibətlər sivil olmalıdır. Düşmənçiliklə, xarici qüvvələrlə siyasət qurmaq olmaz.  Partiyamız ümumilli məsələlərdə hakimiyyətlə müxalifətin vahid mövqedən çıxış etməsi barədə təklif verib. Biz dövlətçilik mövqeyi ortaya qoyan partiyayıq. Azərbaycanın mənafeyinə zidd hər hansı addım atan hər kəsi ifşa edirik. Bəzi xarici qüvvələr Azərbaycan daxilində 5- ci kolon agentura şəbəkəsi qurmağa çalışırlar. Biz həm dövlətçilik mövqeyində dururuq, həm də onların ifşası ilə bağlı açıq mövqe ortaya qoyuruq. Fəaliyyətimiz Azərbaycan xalqının mənafeyinə xidmət etməlidir. Düşünürəm ki, yeni qanunun qəbulu ilə siyasi partiyalar üçün yeni qapılar açılacaq. Yeni mərhələdə hər kəsə uğurlar arzu edirəm".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR