İnsanlara hürriyət, millətlərə istiqlal!

"Balların aşağı salınması ilə bağlı Prezidentə müraciət etmək ABSURDDUR"- Ekspertdən sərt sözlər (VİDEO)

965 14.07.2023 20:44 Gündəm A A

22-23 iyul tarixlərində I və IV qruplar üzrə keçiriləcək ikinci cəhd imtahanlarından sonra ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul mərhələsi yekunlaşacaq. Qəbul mərhələsi tam yekunlaşmasa da, artıq əksər tələbələr və valideynlər bu il keçirilən imtahanlardan narazı olduqlarını bildirirlər.

Xüsusən də bu il martın 5-də, 12-də baş tutan orta məktəblərin buraxılış imtahanları ilə bağlı çoxsaylı şikayətlər oldu. Hətta valideynlər etiraz aksiyası da keçirdilər. Abituriyentlərin əsas narazılığı imtahan suallarının qəliz olması ilə bağlıdır. Onlar bildirirlər ki, buraxılışla yanaşı, builki qəbul imtahanları da çox çətin olub.

Bir qrup valideynin   Prezident İlham Əliyevə ünvanladığı müraciətdə də elə imtahanların çətinliyindən və qəbul şərtlərinin ağır olmasından söz açılır.
Valideynlər müraciətlərində ümumi keçid balının 150-yə endirilməsini xahiş edirlər. Təhsil eksperti Elçin Əfəndi "TV Müsavat"ın qonağı olub, bu və digər sualları cavablandırıb. Musavat.com həmin müsahibəni təqdim edir.

Afaq Mirayiq,
Video:Alim Liftiyev,
Montaj:Rafət Şahbazov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR