İnsanlara hürriyət, millətlərə istiqlal!

Balasanyanla bağlı cinayət işinə xitam verilib

1721 16.10.2023 20:44 Son xəbər A A

Qarabağdakı keçmiş xunta rejiminin oyuncaq “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyana qarşı cinayət işinə cinayət tərkibinin olmaması əsasında xitam verilib.

Musavat.com bildirir ki, bu barədə Ermənistan mediasına Vitali Balasanyanın vəkili Rafael Martirosyan məlumat verib.

Müdafiə tərəfinə daxil olan məlumata görə, işdə cinayət tərkibinin olmaması səbəbindən işə xitam verilib.

Xatırladaq ki, Vitali Balasanyan xunta rejimi tərəfindən əmlak oğurluğu, qanunsuz silah, döyüş sursatı saxlama, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmə, narkotik vasitələrin saxlanması ilə ittiham olunurdu.

Əcaib olan budur ki, xunta rejimi özünü buraxdığını elan etsə də, Ermənistanda “məhkəmə tamaşası” qurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR