İnsanlara hürriyət, millətlərə istiqlal!

Balasanyan İrəvana qaçdı

2052 05.08.2022 20:36 Region A A

Qarabağdakı ermənilərin "təhlükəsizik şurasının" "sədri" general-leytenant Vitali Balasanyan təcili İrəvana qaçıb.

Musavat.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Xocalı soyqırımının təşkilatçılarından olan Vitali Balasanyan Ermənistanın Milli Təhlükəsizlik Komitəsinin qarşısında görüntülənib.

Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərə görə, Xankəndidəki ermənilərin əsas "liderlərindən" olan Balasanyan Qarabağda Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından qorxuya düşərək İrəvana sığınıb.

Bəziləri isə Balasanyanın Ermənistan təhlükəsizlik komitəsindən Qarabağdakı separatçıların tərk-silah edilməsi məqsədi ilə yeni təlimatlar almaq üçün İrəvana gəldiyini yazıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR