İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya külli miqdarda narkotik daşımaq istəyən şəxs saxlandı - FOTO

571 23.03.2023 09:15 Kriminal A A

Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Novruz Həbibov idarə etdiyi "Chevrolet" markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla N.Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

35f2b3ea-ff4c-34ee-9f97-e77e22fac293.jpg (52 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR