İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının qələbəsi Makronu narahat etdi - Azərbaycan və Türkiyə HƏDƏF ALINDI

1339 25.09.2023 16:32 Siyasət A A

Fransa prezidenti Emmanuel Makron Bakının Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini iddia edərək Azərbaycan və Türkiyəni hədəfə alıb.

Musavat.com xəbər verir ki, Fransanın TF1 və France 2 televiziya kanallarında danışan Makron Ermənistanın ərazi bütövlüyü ilə bağlı "son dərəcə narahat" olduğunu bildirib.

"Bu gün Azərbaycanla şərik olan Rusiya, Bakının manevrlərini hər zaman dəstəkləyən Türkiyə və Ermənistanın sərhədlərini təhdid edən Azərbaycan hökuməti var. Biz Ermənistana qarşı mümkün hücumdan narahatıq” - deyib. 

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR