İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan qayıdan kimi nazir postundan istefa verdi - Kazakbayev kimdir?

4707 22.04.2022 21:49 Yazarlar A A

Qırğızıstanın xarici işlər naziri özü ərizə yazıb, yoxsa…

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib. Bu barədə TASS Qırğızıstanın Prezidenti Administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb. Qırğızıstan prezidenti Sadır Japarov Kazakbayevin istefasını qəbul edib. Xarici işlər nazirinin işdən çıxarılmasının səbəbləri göstərilmir. Amma bəzi mənbələr onun başqa işə keçməsi ilə əlaqədar işdən çıxarıldığını iddia edib.

Qeyd edək ki, xarici işlər naziri aprelin 19 və 20-də Bakıda səfərdə olun Qırğızıstan prezidenti Sadır Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olub. Dövlətlərarası bir sıra müqavilələri məhz o imzalayıb. Bakıdan qayıtdıqdan bir gün sonra isə vəzifəsini itirib...

Kazakbayev diplomatiyada yeni adam deyil. O, ilk dəfə 2010-2012-ci illərdə Qırğızıstanın xarici işlər naziri vəzifəsində çalışıb. Qırızıstanda məlum inqilabi hadisələrdən sonra həbsdən çıxan Sadır Japarov hakimiyyətə gəldi. Kazakbayev onun əvvəl baş nazir olduğu kabinetdə yerini qoruya bildi. Japarov prezident seçildikdən sonra da o, yenə nazir postunda oturdu. Amma hələ iki il əvvəl onun bu postda müvəqqəti ola biləcəyi haqda yerli mediada iddialar vardı.

6151aa4d1daf06151aa4d1daf116327419656151aa4d1daed6151aa4d1daef.jpg (163 KB)

18 may 1967-ci ildə Talas vilayətində anadan olan Kazakbayev iki təhsil alıb. 1991-ci ildə Frunze Politexnik İnstitutunun maşınqayırma fakültəsini bitirib. İkinci təhsili hüquqşünasdır. 1995-ci ildən isə diplomatik fəaliyyətə başlayıb. 2004-cü ildə o, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

2015-2020-ci illərdə Qırğızıstan parlamentinin deputatı seçilib, fraksiya lideri olub. Rəsmi məlumatlara görə, şəxsi biznesi yoxdur. Bəyannaməyə görə, gəlir mənbəyi maaşı və yetişdirdiyi mal-qaradır. Ailəsinin iki mənzili və bir torpaq sahəsi var.

653162.1610420377.b.jpg (140 KB)

Amma maraqlıdır ki, Ruslan Kazakbayevin böyük oğlu Nursultan 2009-cu ildən xaricdə yaşayır və pullu perestijli ali məktəblərdə təhsil alıb. O, 2009-2013-cü illərdə Niderlandda Tətbiqi Elmlər Universitetində oxuyub, sonra isə təhsilini London Biznes məktəbinin magistraturasında davam etdirib.

Ruslan Kazakbayevin kiçik oğlu Altay hələ məktəblidir. O, Bişkekdə özəl məktəblərin birində oxuyur.

Kazakbayevlə bağlı deputat olarkən maraqlı bir hadisə baş verib ki, Qırgızıstam nediası bir müddət bu haqda yazıb. Kazakbayev parlamentdə keçmiş Milli Təhlükəsizlik əməkdaşı olmuş Qırğızıstan ombudsman ilə bir məsələdə polemikaya girir. Ombudsanın “biz çekist həmkarlarıq.

Keçmiş çekistlər olmur” deməsi dərhal müzakirə mövzusuna çevrilir. Media Ruslan Kazakbayevin rəsmi tərcümeyi-halında onun milli təhlükəsizlik orqanları ilə əlaqəsi olması barədə məlumat olmaması diqqət çəkib. Qırğızıstan mediasının bu barədə sualına Ruslan Kazakbayev “Milli Təhlükəsizlik Dövlət Komitəsi ilə Xarici İşlər Nazirliyi ilə iş bir-biri ilə sıx əlaqəlidir” deyə, izahat vermişdi. Ombudsman da öz növbəsində Ruslan Kazakbayev Dövlət Təhlükəsizlik Komitəsində işləmədiyini demişdi...

 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR