İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yük avtomobili aşıb, prospekt bağlanıb

1370 07.11.2022 03:44 Hadisə A A

Bakının Nərimanov rayonunda betonqarışdıran maşın aşıb.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, metronun Koroğlu stansiyasından şəhər mərkəzi istiqamətində hərəkətdə olan betonqarışdıran maşın yolayrıcı səddə çırpılıb. Bu zaman sürücünün idarəetməsində olan “MAN” markalı yük maşını aşıb, yük yerində olan beton yola dağılıb. Əraziyə yol polisi ilə yanaşı post patrul xidmətinin əməkdaşları da cəlb edilib. Prospektin Mərkəz istiqamətində olan hissəsində hərəkət dayandırılıb.

Əraziyə qaldırıcı kran gətirilib və yük maşını oradan götürülüb.

Daha sonra yola dağılan beton Mənzil Kommunal Təssərüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənib.

Təxminən bir saat müddətində yolun açılması istiqamətində tədbir görüləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR