Ötən gün Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, Baku.ws-ə daxil olan məlumata görə, hadisə Aeroport yolunun Zağulba ərazisindən keçən hissəsində qeydə alınıb.

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Zağulba istiqamətində yol polisinin xidməti avtomobili yol kənarında dayanan zaman digər maşın ona çırpılıb:

"Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da maşına ciddi maddi ziyan dəyib. Bununla bağlı araşdırma aparılır və lazımi işlər görülür".

Sözügedən görüntüləri təqdim edirik: