İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda xəstənin oğlu həkimdən 900 manat alıb?

619 17.03.2023 17:12 Kriminal A A

Bakıda şantajla üzləşdiyini bildirən həkim hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkimi F.Məmmədov şikayət ərizəsində bildirib ki, müalicə etdiyi xəstənin oğlu ona hədə-qorxu gələrək 900 manat alıb.

Belə ki, 1982-ci il təvəllüdlü Gədəbəy sakini A.Ə. həkimə atasının düzgün müalicə edilmədiyini bildirərək ona hədə-qorxu gəlməyə və pul tələb etməyə başlayıb. Bu yolla o, həkimdən hissə-hissə olmaqla 900 manat alıb.

Pul tələblərinin davamını gördüyünü deyən həkim Nizami Rayon Prokurorluğuna müraciət edərək məsələyə hüquqi qiymətin verilməsini xahiş edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR