İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda usta faciəvi şəkildə ölüb

633 01.06.2023 10:57 Hadisə A A

Bakıda usta faciəvi şəkildə ölüb.

Hadisə mayın 31-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binanın ikinci mərtəbəsində qeydə alınıb.

Belə ki, fərdi qaydada kondisioner ustası işləyən Rəhman Səfərov Manafov Rahim Oqtay oğlunun çağırışı ilə kondisioner quraşdırmaq üçün "Yasamal yağdayişmə mərkəzi"nə gedib. Saat 16:30 radələrində həmin binanın ikinci mərtəbəsində yerləşən otağın pəncərəsindən keçməklə çöl divar hissəsində kondisionerin motorunu quraşdırarkən ehtiyatsızlıqdan yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Daha sonra o, aparıldığı 1 saylı Klinik Tibbi Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.//“Report”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR