İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda üç nəfər bıçaqlanıb, ölən var - YENİLƏNİB

1317 19.12.2022 09:07 Kriminal A A

Dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Hacıyevin öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Musavat.com-a Xətai rayon prokurorluğundan məlumat verilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda iş üzrə istintaq davam edir.

07:23

Dekabrın 19-da gecə saat 1 radələrində Bakının Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Bu barədə  Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR