İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Türk Dünyası Həftəsi” keçirilir FOTO YENİLƏNİB

582 29.06.2026 10:49 Mədəniyyət A A

Həftənin əsas tədbiri “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresdir.

Musavat.com bildirir ki, konqresin rəsmi açılış mərasiminə Heydər Əliyev Mərkəzində start verilib.

Tədbirdə türk dünyası və ümumilikdə 20 ölkədən 80 tanınmış türkoloq alim, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Konqres çərçivəsində Birinci Türkoloji Qurultaya həsr olunmuş interaktiv sərgi və süni intellekt texnologiyaları əsasında hazırlanmış qısametrajlı film də qonaqlara təqdim olunacaq.

Proqram çərçivəsində panel müzakirələri, sərgilər, konsertlər, yeni nəşrlərin təqdimatı, Qarabağa səfər və türkologiyanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcək yekun sənədin qəbulu nəzərdə tutulur.

Könül
Musavat.com

***

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlanıb.

Musavat.com xəbər verir ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR