İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda təşkil olunacaq arena polo üzrə Avropa çempionatının açılış və təqdimat mərasimi keçirilib

630 13.09.2022 21:25 İdman A A

Bakıda təşkil olunacaq arena polo üzrə Avropa çempionatının açılış və təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Atçılıq Federasiyasının (AAF) baş katibi Bəhruz Nəbiyev, Avropa Polo Federasiyasının prezidenti, Beynəlxalq Polo Federasiyasının vitse-prezidenti Piero Dillier və digər rəsmi şəxslər iştirak edib. 

Baş katib Bəhruz Nəbiyev  bildirib ki, yarışda 4 komanda çıxış edəcək:

"Azərbaycanla yanaşı Avstriya, İsveçrə və İspaniya Avropa çempionatına qatılır. Bütün komandalar bir-birilərinə qarşı oynayacaqlar. Toplanmış xallara əsasən yarımfinal görüşləri keçiriləcək. Sentyabrın 18-də üçüncü yer uğrunda və final qarşılaşması olacaq. Hər komandanın heyətində 3 idmançı yer alacaq. Amma yığmalar müxtəlif sayda oyunçular təqdim ediblər. Millimizin heyətində azərbaycanlı idmançılarla yanaşı legionerlər də var. Heyətlə bağlı qərarı baş məşqçi verəcək. Komandamız yarışa tam hazırdır. Qaydalara əsasən, biz  bütün iştirakçıları atla təmin edirik. Atlar isə püşkatma əsasında bölüşdürüləcək. 2015-ci ildəki ilk qitə çempionatına da Bakı ev sahibliyi edib. Həmin çempionat Azərbaycan komandasının qələbəsi ilə yekunlaşmışdı". 

Jurnalistlərin suallarını cavablandıran federasiya rəsmisi qeyd edib ki,  bu çempionat 2020-ci ildə 8 ölkənin iştirakı ilə baş tutmalı idi:

"Komanda sayı ilə bağlı qərarı biz yox, Beynəlxalq Polo Federasiyası verir. Qurum ilk olaraq sayı 6-ya, sonra isə 4-ə endirdi. Biz belə məsələlərə müdaxilə edə bilmirik. Yarışı beynəlxalq qurumun qaydalarına əsasən təşkil etməliyik". 

Sonda Avropa çempionatındakı komandaların təqdimatı olub.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR