İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda təndirxanada partlayış oldu - Yaralılar var

1012 26.06.2023 17:17 Hadisə A A

Bakının Zabrat qəsəbəsində iaşə obyektində partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə “Gəncə təndiri” adlanan məkanda qeydə alınıb.

Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü oranın işçisi, 1-i müştəridir.

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda araşdırma aparılır.

İlkin məlumata görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR