İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda taksidə pivə üstündə mübahisə - VİDEO

581 06.07.2026 12:29 Hadisə A A

Bakıda taksi sürücüsü ilə xanım sərnişin arasında avtomobildə pivə içilməsi səbəbindən mübahisə yaşanıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sürücü sərnişinə avtomobildə onun icazəsi olmadan pivə içməsinin yolverilməz olduğunu bildirir.

Sürücü pivə qoxusunun avtomobildə qalacağını, bunun isə sonrakı sərnişinlər üçün diskomfort yaradacağını deyir. O, avtomobilində bu cür davranışa icazə verməyəcəyini vurğulayır.

Xanım sərnişin isə buna etiraz edərək pivə içməyin qanunla qadağan olunmadığını bildirir. Buna cavab olaraq sürücü şəxsi avtomobilində belə davranışın yolverilməz olduğunu və buna razılıq vermədiyini qeyd edir.

Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi sürücünün mövqeyini dəstəkləyərək avtomobil sahibinin qaydalar müəyyən etmək hüququnun olduğunu bildirib, digərləri isə sərnişinin irəli sürdüyü arqumenti müdafiə edib.

Musavat.com həmin görüntüləri təqdim edir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR