İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sürücülər bu yolda çaşbaş qalıblar - VİDEO

1218 10.04.2022 13:23 Hadisə A A

Əsas yolda düz xəttin həm sağ, həm də sol tərəfinə qırıq-qırıq xətt çəkilib. Bu yolda sürücülər yerdəyişmə etmək üçün düz xətti hər iki tərəfdən keçə bilirlər. Halbuki, yol hərəkəti haqqında qanunda düz xəttin yalnız bir tərəfinə qırıq-qırıq xətt çəkilə bilər.

Musavat.com xəbər verir ki, paytaxtın ən böyük prospetkərindən biri hesab olunan Ziya Bünyadov prospektində sürücüləri narahat edən ciddi problem yaşanır. Minlərlə sürücünün istifadə etdiyi yolda hər an qəza şəraiti yaranır.

Belə ki, prospektin Qələbə və 20 yanvar dairəsi ,eləcə də Nərimanov rayonu Atatürk prospekti istiqamətinə gedən hissəsində yola düzgün nişanlanma xətləri çəkməyiblər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə bildirib ki, yolun bir tərəfində nişanlanma işləri aparılarkən qırıq-qırıq xətt çəkilib. Ancaq digər tərəfində olan qırıq-qırıq xətt silinmədiyindən problem yaşanır.

Ərşad Hüseynov onu da bildirdi ki, belə vəziyyətdə düz xətti sağa və sola keçən sürücülər cərimə oluna bilməzlər.

Sürücülər problemin tezliklə həll ediləcəyinə ümid edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR