İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda şirkətə BASQIN: Şüşələri qırıb...

1330 07.03.2023 17:53 Hadisə A A

Bakıda şirkətə basqın olub.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən "HN-Construction" şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq əmlakı zədələyiblər.

Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədib. Bu barədə polisə məlumat verilib.

Faktla bağlı Binəqədi ayon Polis İdarəsi tərəfindən araşdırılma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR