İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda silahlı insidenti törədən şəxs saxlanıldı - YENİLƏNİB - 4 VİDEO

6836 10.03.2023 15:30 Hadisə A A

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən bildirilib.

***

Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıb.

****

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, məlumatda deyilir.

****


Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə Musavat.com-a TƏBİB-dən bildirilib.

Əlavə məlumat veriləcək.

Xəsarət alanlardan biri tələbədir.

****

Bakıda atışma olub.

Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb. Baş verən silahlı insident zamanı bir nəfər güllənərək öldürülüb, 3 nəfər yaralanıb.

Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İctimaiyyətə əlavə məlumat veriləcək.\\lent.az

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR