İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sərnişin avtobusu belə alovlandı- Video

783 07.03.2023 11:35 Hadisə A A

Bu gün səhər saatlarında Bakıda marşrut avtobusu yanıb.

Musavat.com xəbər verir ki, Binəqədi rayonu ərazisində Xocəsən-Sədərək yolunda 596 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus alovlanıb. Nəticədə nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.

Hələ ki, hadisə zamanı xəsarət alanların olub-olmadığı bilinmir.

Yanğınla bağlı baku.ws-in yaydığı videonu təqdim edirik: 

***

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan "İVECO OTOYOL" markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb: "Hadisə yerində YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti  iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb və yolda hərəkət tam bərpa edilib".

***

FHN-dən bildirilib ki, Binəqədi rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR