İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda səkiyə çırpılan “Prius” yandı - VİDEO

488 01.02.2023 13:33 Hadisə A A

Bakının Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobildə yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılan “TOYOTA” markalı minik avtomobilində yanğın baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR