İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda səfirliyə hücum planında ŞOK DETAL – Hafiz Hacıyevlə CANLIda

791 17.11.2023 13:39 Son xəbər A A

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edənin soyadı Hüseynzadə idi”. Bu barədə MOUZE teleqram kanalı yazıb. Qeyd edilib ki, İsrailin Bakıdakı səfirliyinə silahlı hücumu planlaşdıran şəxsin də soyadı Hüseynzadədir. “Bu, təsadüf deyil. Hər iki terrorun Hüseyniyyun qruplaşması ilə əlaqəsi var”, – MOUZE bildirib.

Qeyd edək ki, İsrail mediası Azərbaycanın təhlükəsizlik qüvvələrinin İsrailin Bakıdakı səfirliyinə hücumun qarşısını aldığını yazıb:

“Hadisə çərçivəsində İran əsilli bir şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərk-silah edib. Şübhəli şəxs Bakı məhkəməsinə çıxarılıb və onun həbs müddəti 4 ay uzadılıb”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR