İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qəribə hadisə: Sürücü görün nə etdi VİDEO

2025 08.04.2022 12:30 Hadisə A A

Bakının mərkəzində sürücü yol qaydalarını kobud şəkildə pozub.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Bildirilib ki, paytaxtın Mirzəağa Əliyev və Füzuli küçəsinin kəsişməsində “Mercedes” markalı avtomobil arxa-arxaya hərəkət edib. Həmin hadisənin görüntülərini redaksiyamıza yollayıblar.

Görüntüdən də aydın olur ki, sürücü ətrafda olanların həyatını təhlükəyə atıb.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi iləü əlaqə saxladıq. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, sürücü həqiqətən də ətrafda olan insanların həyatını təhlükəyə atıb.

“Çox güman ki, sürücünün bu yola necə girdiyi aydınlaşdırılmalıdır. Bu istiqamətdə sürücünün nəqliyyat vasitəsinin geri hərəkət etdirərkən təhlükəsizlik tədbirləri görülməlidir. Bizim tərəfimizdən raport tərtib ediləcək. Həmin sürücünün aşkarlanması üçün tədbirlər görüləcək”, - deyə Vaqif Əsədov bildirib.

Bunun görüntülərini təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR