İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda "parkovşik" sürücüyə HÜCUM ETDİ - VİDEO

833 13.12.2022 13:28 Hadisə A A

Bakıda parklanma nəzarətçisi ilə sürücü arasında mübahisə yaşanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

"Opel" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxladığı yerdə iddialara görə, ödəniş etməyib. Bu zaman da qanunsuz parklanma nəzarətçisi ona hücum çəkib.

Belə ki, "nəzarətçi" hətta zərbə endirmək məqsədilə stulu götürüb avtomobilə yaxınlaşıb. Lakin daha sonra maşının şüşəsini tutub dartaraq, zədələyib.

Görüntülər sosial şəbəkədə izləyicilərin hiddətinə səbəb olub. Əksəriyyət onların qanunsuz işlədiyini, əslində onlara heç bir ödəniş edilməməli olduğunu bildirib.

Qeyd üçün bildirək ki, Bakı şəhərində hələlik rəsmi olaraq, parklanmalar üçün vahid ödəniş haqqı təsdiq olunmayıb./Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR