İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda oyun zalından 800 manatlıq “PS4” oğurlandı – ANBAAN VİDEO

625 26.09.2023 16:57 Hadisə A A

Bakıda oyun zallarının birindən 800 manatlıq “Play Station 4” oyun aparatı oğurlanıb.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Hadisə ötən gün Yeni Yasamal massivi, Məhəmməd Xiyabani küçəsində qeydə alınıb.

Oyun zalına müştəri kimi daxil olan şəxs oyun aparatını oradan oğurlamağa müvəffəq olub.
Oğurluq hadisəsi məkandakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmtindən BAKU.WS-ə bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR