İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda külli miqdarda aksizsiz siqaretlər aşkarlanıb - FOTO

578 24.05.2023 19:01 Son xəbər A A

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonunda yerləşən mağazaların birində qanunvericiliyin tələbinə əsasən aksiz markası ilə markalanmamış tütün məmulatlarının (siqaretlərin) satışının həyata keçirilməsi müəyyən olunub və baxış zamanı mağazanın anbarından külli miqdarda - 179 adda 9989 qutu aksizsiz siqaretlər aşkar edilib.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR