İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda həbsxanada 5 məhkum niyə ölüb? -RƏSMİ AÇIQLAMA

1319 11.08.2022 21:16 Hadisə A A

Bakıda məhkumların ölüm səbəbi məlum olub.

Penitensiar Xidmətdən Lent.az-a bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.

Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.

***

Bakıda 5 məhbus həbsdə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR