İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda "Galendewagen"in iştirakı ilə üç maşın toqquşdu, xəsarət alan var - FOTO

706 11.09.2023 08:19 Hadisə A A

Bakının Səbail rayonunda dörd maşın qəzaya uğrayıb.

Musavat.com APA-ya istinadə xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində yol ayrıcında qeydə alınıb.

Belə ki, “BMW” markalı maşının sürücüsü sükana nəzarəti itirərək aşıb.

Aşan nəqliyyat vasitəsi yol kənarında dayanan “Mercedes Galendewagen” markalı maşına çırpılıb.

Hərəkətsiz vəziyyətdə olan “Mercedes” yol kənarında dayanan “Toyota” və “Chevrolet” markalı maşınlara dəyib.

Zərbənin gücündən “BMW” yararsız hala düşüb və sürücüsü xəsarət alıb.

Fakt üzrə əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR