İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ermənilərə işləyən Fidanı neçə il həbs gözləyir? - Azad İsazadə ilə “Canlı debat”

1510 13.06.2022 13:30 Gündəm A A

Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.

Musavat.com xəbər verir ki, REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində efirə gedən süjetdə bu barədə məlumat verilib.

Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub. O, Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.

Fidana radikal, nasist "Haytarakan" qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Onlar bununla da kifayətlənməyiblər. Fidandan hər dəfə daha artıq təxribat xarakterli hərəkətlər etməsini istəyiblər.

Adətən 16 yaşına çatmayan şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Lakin Cinayət Məcəlləsinin 20-ci maddəsində əksini tapan bir sıra cinayət halları istisnadır. Məsələn, qəsdən adam öldürmək, qəsdən sağlamlığa ağır zərər vurmaq, adam oğrulamaq, zorlamaq, seksual xarakterli zorakılıq hərəkətləri, oğurluq, talama məqsədi olmadan avtomobil qaçırma, girov götürmək, terrorçuluq və s. Bu hallarda cinayət məsuliyyəti 14 yaşdan başlanılır.

Bu qızı nə qədər həbs gözləyir? Rusiya-Ukrayna müharibəsindəki son durum nədən xəbər verir?

Bu və gündəmdəki bir çox sualları bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Azad İsazadə ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR