İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu məktəblər distant təhsilə keçir - SİYAHI

1974 26.05.2022 14:05 Təhsil A A

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçiriləcək.

Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən tam orta məktəblərdə dərslər distant tədrisə keçəcək.

Həmin məktəblərin adını təqdim edirik:

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

2. Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Təhsil Nazirliyinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziya;

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

5. Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.

Sözügedən məktəblərin distanta keçəcəyi tarix hələ ki açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək(oxu.az).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR