İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda aparıcının avtomobili qarət edildi - FOTO

1140 09.03.2023 13:30 Hadisə A A

Bakıda tanınmış radio aparıcısı Famil Məcidlinin avtomobilindən oğurluq edilib.

BAKU.WS-in məlumatına görə, bu barədə “qafqazinfo”ya məlumat verən aparıcı hadisənin martın 8-də saat 20:30 radələrində Nəsimi rayonu ərazisində baş verdiyini bildirib:

“Metronun “Memar Əcəmi” stansiyası yaxınlığında parkladığım “Kia Sportage” markalı avtomobilimin sağ yan şüşəsini "sveça" adlanan alətlə sındırıb, əl çantamı aparıblar. Kartlarımı, vəsiqələrimi və digər dəyərli əşyalarımı götürüblər”.

F.Məcidli əlavə edib ki, hadisə barədə dərhal DİN-in 102 qaynar xətt xidmətinə zəng edib: “Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəldi, əraziyə baxış keçirildi, ekspertiza barmaq izi nümunələri götürdü. Mənə təxminən 1000 manatdan yuxarı maddi zərər dəyib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR