İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ağır yol qəzası olub: 5 nəfər ölüb - VİDEO, YENİLƏNİB

5341 01.01.2023 16:34 Hadisə A A

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. 

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətindən bildirilib. 

***

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Musavat.com-a daxil olan məlumata görə, "Toyota" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) bu gün baş verən qəza ilə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatda deyilir:

"Baş verən ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər 3 nəfər dünyasını dəyişib".

***

Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR