İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ABŞ və Nigeriya vətəndaşları arasında KÜTLƏVİ DAVA

918 01.03.2023 11:06 Hadisə A A

Bakıda kafedə ABŞ və Nigeriya vətəndaşlarının iştirakı ilə kütləvi dava olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “Boom pub ws grill” kafesində baş verib.

Dava-dalaşda ABŞ vətəndaşı olan 1997-ci il təvəllüdlü K.Almarin, 1988-ci il təvəllüdlü B.Şarrod, Nigeriya vətəndaşları: Bakı Biznes Universitetinin tələbəsi F.Olvvseum, Avrasiya Universitetinin tələbələri A.Arakuekvas, C.Mokvvenei, “Raymont Dirçəliş” futbol klubunun oyunçusu A.Gofsfime, Naxçıvan Dövlət Universitetinin tələbəsi B.Onyekuchaku iştirak ediblər.

Davada xəsarət alan ABŞ vətəndaşı K.Almarin və Nigeriya vətəndaşı, 1984-cü il təvəllüdlü C.Mokvvnei xəstəxanaya aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

O da məlum olub ki, davada iştirak edən ABŞ vətəndaşları basketbolçudurlar. Onlar 2022-ci ildə basketbol klubunda oynamaq üçün Azərbaycana gəliblər.

Hadisənin iki qrup arasında baş vermiş mübahisəyə görə baş verdiyi bildirilir.

Faktla bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR