İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinində saxta əsginaslar aşkarlanıb

501 09.12.2022 12:49 Kriminal A A

Bakı sakinində saxta əsginaslar aşkarlanıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nizami rayonu ərazisində polis əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, həmçinin 5 ədəd 100 manatlıq və 4 ədəd 20 manatlıq saxta əsginaslar aşkar olunaraq götürülüb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalarla onun dekabrın 6-da mağazaların birində satıcıya 1 ədəd 100 manatlıq saxta əgkinas verməsi də müəyyən olunub.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR