İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Qazax yolunda DƏHŞƏT: Sərnişinlə dolu mikroavrobus aşdı, yaralananlar var

1013 30.09.2023 08:15 Hadisə A A

Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Musavat.com report-a istinadən xəbər verir ki, sərnişin daşıyan "Mersedes Vito" markalı mikroavtobus hərəkətdə olan zaman öncə "QAZel" markalı kiçik tutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə mikroavtobusda olan 7 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. İkisinin vəziyyəti ağır, digərlərinin isə orta-ağır və kafi qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər Bakıdan toydan qayıdaraq Tovuza gedirlərmiş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR