İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Qazax yolunda 3 yük maşını toqquşdu - FOTO/VİDEO

593 18.09.2023 14:35 Hadisə A A

Bakı-Qazax yolunda 3 yük maşını toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza nəticəsində irəlidə gedən “KamAz” markalı yük maşını yolun kənarına aşıb. Yük yerində olan mişardaşılar yerə dağılıb. Hadisə nəticəsində sürücü ağır xəsarət alıb.

Eyni vaxtda “KamAz”a çırpılan yük maşınının ardınca gələn başqa bir yük maşını qəzada iştirak edib. Sözügedən maşınların sürücüləri isə yüngül xəsarət alıblar.

Əraziyə polis əməkdaşları cəlb olunub, yolda hərəkətin bərpası istiqamətində işlər görülür.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR