İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda cibgirlik edənlər tutulub - Foto

543 14.12.2022 19:57 Kriminal A A

Bakı metrosunda cibgirlik etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən Samil Kərimov və Adil Paşayev saxlanılıb.

"Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur. Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR