İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakı Marafonu 2023”ün qalibləri mükafatlandırılıb

708 07.05.2023 15:44 Son xəbər A A

“Bakı Marafonu 2023”ün qalibləri mükafatlandırılıb.

Musavat.com xəbər verir ki, mükafatlandırılma iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

1-ci, 2-ci və 3-cü yerlərlə yanaşı, 5 yaş kateqoriyasında (30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş) finiş xəttini keçən qadın və kişi iştirakçılara sertifikatlar təqdim edilib.

Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçən korporativ iştirakçı”, qadın və kişi kateqoriyaları üzrə finiş xəttini keçən fiziki imkanları məhdud olan ilk 3 iştirakçı nominasiyalarında da mükafatlar verilib. Marafonun sponsorları və tərəfdaşları tərəfindən müxtəlif nominasiyalarda mükafatlar da təqdim olunub.

Qeyd edək ki, kişilər arasında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub.

Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.

Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları ilə təltif edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR