İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Ağır Cinayətlər Məhkəməsinin zalında DAVA DÜŞDÜ

1458 13.09.2023 14:36 Hadisə A A

Bakı Ağır Cinayətlər Məhkəməsində İlkin Rzayev və Xəyal Rəhimovun kütləvi dava zamanı öldürülmələri ilə bağlı cinayət işi üzrə məhkəmə iclası keçirilib.

İclas zamanı iştirak edən tərəflərdən ikisinin ailəsi arasında əlbəyaxa dava düşüb.

Qeyd edək ki, bu ilin fevralın 11-də, gecə saat 2 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə nəticəsində daha bir nəfər – Orxan Fətəliyev xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR