İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahalı qəbirlər tarixə qovuşur, qəbir yeri alınması da yığışdırılır - VİDEO

1364 21.02.2024 00:19 Ölkə A A

Kimliyindən asılı olmayaraq hər kəsin qəbri eyni formada və vahid qiymətdə olacaq.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Xəzər Xəbər”ə müsahibəsində deyib.

Millət vəkilinin sözlərinə görə, qəbirlərin vahid qiymətlərinin olması mövzusu da hazırda müzakirə olunur. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunacaq.

Siyavuş Novruzov həmçinin vətəndaşların tez-tez bələdiyyələrdən torpaq almaqla bağlı narazılıq məsələsinə də aydınlıq gətirib.

Millət vəkili dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələrin aldığını, bunun da ciddi problem olduğunu deyib. Qeyd edib ki, hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya vermək lazımdır.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR