İnsanlara hürriyət, millətlərə istiqlal!

Azot qazı ilə edam icrasına dair mübahisə böyüyür

529 01.02.2024 12:31 Dünya A A

ABŞ-ın daha bir ştatı reaksiyalara səbəb olan azot qazı ilə edamı qanuniləşdirməyə hazırlaşır.

Kennet Smit adlı məhkum ABŞ-ın Alabama ştatında azot qazı ilə edam edildikdən sonra Ohayo ştatının rəsmiləri də eyni edam tətbiqinə icazə verən qanun layihəsi təqdim ediblər.

1988-ci ildə Alabama ştatında qətl törətdiyi üçün ölümə məhkum edilən 58 yaşlı Kennet Smitin ölkədə ilk dəfə tətbiq edilən üsulla edamı yanvarın 25-də həyata keçirilib. Ali Məhkəmə bunu təsdiqlədikdən sonra Smitə nəfəsi dayanana qədər maska vasitəsilə azot qazı verilib.

İlk dəfə istifadə edilən üsuldan sonra Ohayo əyalətinin baş prokuroru Deyv Yost, nümayəndələr Fil Fammer və Brayan Stüart dünən keçirdikləri mətbuat konfransında əyalət parlamentinə edamların azot qazı ilə həyata keçirilməsini tələb edən qanun layihəsi təqdim etdiklərini açıqlayıblar.

Yost "Alabama məhkumu edam etmək üçün azotdan uğurla istifadə etdi" deyib.

Ancaq ABŞ-da ilk dəfə sınaqdan keçirilən edam üsulu böyük mübahisələrə səbəb olub. Mediada və ictimaiyyət arasında yeni edam üsulu ciddi tənqid olunur.

Ölüm cəzası ilə bağlı məlumat və təhlillər təqdim edən qeyri-kommersiya təşkilatının məlumatına görə, hazırda Ohayo ştatında 129 nəfər ölüm hökmü altındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR