İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərkosmos Çexiya şirkəti ilə Əməkdaşlıq Memorandumu imzaladı

373 25.06.2024 16:52 Ölkə A A

Azərkosmos Çexiyanın “PEKASAT SE” şirkəti ilə Əməkdaşlıq Memorandumu imzalayıb.

Musavat.com xəbər verir ki, memorandum aşağıorbitli peyklərin əməliyyatları üçün yerüstü stansiyaların qarşılıqlı istifadəsini və yeni biznes imkanlarını genişləndirmək məqsədini daşıyır.

Hər iki tərəf həm Azərbaycanda, həm də Çexiyada öz müştərilərinə telemetriya, yəni idarəetmə siqnallarının qəbulu və peykə komandaların göndərilməsi, peyklərdən böyük həcmdə məlumatların ötürülməsi və yerüstü infrastrukturun istismarı üzrə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edəcək. 

Qeyd edək ki, “PEKASAT SE” Çexiyanın Brno şəhərində yerləşən Avropanın səhmdar şirkətidir. Şirkət özünün yerüstü stansiya qurğuları vasitəsilə peyk operatorları və digər müştərilərinə anten sistemləri üzrə xidmətlər, İT və “bulud” həlləri təklif edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR