Kanadaya səfər edən azərbaycanlı turistin erməni restoranında yaşadığı maraqlı anlar diqqət çəkib.
Musavat.com xəbər verir ki, turist Kanadada fəaliyyət göstərən erməni restoranlarından birinə baş çəkərək müəssisənin əməkdaşları ilə söhbət edib. Söhbət zamanı o, ermənilərin milli mətbəxi, ənənəvi yeməkləri barədə suallar verib.
Maraqlı məqamlardan biri isə turistin restoran əməkdaşları ilə erməni dilində danışması olub. O bildirib ki, atası Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda yaşadığı üçün erməni dilini öyrənib və bu dili müəyyən səviyyədə bilir.
Turistin erməni dilində ünsiyyət qurması restoran əməkdaşlarının da diqqətini çəkib. Söhbət qarşılıqlı davam edib və onlar da həmyerlimizə müəyyən suallar veriblər.
Daha sonra azərbaycanlı turist restorandan kabab sifariş edərək müəssisədən ayrılıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müxtəlif müzakirələrə səbəb olub.
Şahanə Rəhimli
Musavat.com






