İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı məktəb direktorları niyə görə İsrailə göndərilir? -Ekspertdən açıqlama

1357 23.05.2022 15:17 Təhsil A A

Azərbaycanda məktəb direktorlarının təlim üçün İsrailə göndərilməsi planlaşdırılır.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, ilin sonuna qədər 100-ə yaxın azərbaycanlı direktorun göndərilməsi nəzərdə tutulub.

Niyə məhz İsrail? Bu ölkənin təhsil sisteminin hansı üstünlükləri var?

Məsələ ilə bağlı Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan təhsildə bizə uyğunluğu olan ölkələrin modelini tətbiq edir:

“Qeyd edim ki, ölkənin 4432 orta təhsil məktəbi var. Biz burada müasir təhsil standartlarından danışırıq. İnnovativ tədris də məhz İsraildədir. Bu gün təhsilin idarə edilməsi ilə bağlı yeni modellər var. Məsələn, Amerika 1776-cı ildə yaranıb və təhsildə bizdən kifayət qədər öndədir. Lakin İsrail yeni yaranmış dövlətdir. Təhsildə isə innovativ yeniliklər edir. Müdafiə sənayesi texnologiyaları, xüsusi səhiyyə, təhsil texnologiyaları və s. kimi istiqamətlərdə İsrailin kifayət qədər nailiyyətləri var. Bizə yaxın olan digər ölkələr də var. Lakin İsrail məktəbin idarə edilməsi, elmi texniki və müasir innovasiyaların tətbiqi baxımından kifayət qədər öndədir. Ona görə də seçim İsraildir”.

Azərbaycanlı məktəb direktorlarının İsraildə nələri öyrənəcəyi sualına cavab olaraq ekspert deyib ki, onlar məktəbin idarə edilməsi prinsiplərini öyrənəcəklər:

“Bu gün məktəb direktorlarının məktəblərə nəzarətindən narazıyıq. Amma burada İsrail modeli məktəbin idarə olunmasında innovativ kommunikasiyalardan istifadə var. Məhz o təcrübəni bizim məktəb direktorlarına çatdırmalıyıq. Məsələn, tabeliyindəki müəllimlərin dərs bölgüsünün düzgün aparılması, müəllim, şagird və valideyn arasında kommunikasiyasının qurulması və s. bura daxildir.
Amerika və Türkiyədəki məktəblərə diqqət etsək, görərik ki, bir-birindən kifayət qədər uzaqdır. Misirdə, Polşada, Ukraynada tədrisin təşkilinə fərqli yanaşmalar var.
Çin və Yaponiyanın universitetlərinin nailiyyətlərini biz Azərbaycan universitetlərinə birmənalı şəkildə gətirə bilmərik. Çünki bizim universitetlərin potensialları o qədər yüksək deyil.
Doğrudur, Türkiyə modeli də bizdə var. Lakin müəyyən qədər də gerilik mövcuddur. Ona görə də hesab edirəm ki, bizə ən yaxın model İsrail modelidir”.

Ləman Rüfətqızı,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR