Polşadakı göllərdən birində Gürcüstanın azərbaycanəsilli vətəndaşı boğularaq ölüb.
Dünyasını dəyişən şəxs Polşaya işləmək məqsədilə gedən Bolnisi bələdiyyəsinin Kazreti qəsəbəsinin sakini 23 yaşlı Elvar Sariyevdir.
Hadisə iyunun 28-i Bjuze kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Gənc oğlan dostları ilə birlikdə göldə çimərkən boğularaq ölüb.//Oxu.Az






