İnsanlara hürriyət, millətlərə istiqlal!

Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

4209 30.06.2026 04:57 Texnologiya A A

Çində hazırlanmış yeni süni intellekt sistemi ağcaqanadları havada aşkar edib saniyələr içində lazerlə məhv edə bilir.

Musavat.com xəbər verir ki, Çində Photon Matrix Lab startapı süni intellekt kamerası və lidar texnologiyası ilə işləyən yeni lazer cihazı hazırlayır. Cihaz uçuşda olan ağcaqanadları müəyyən edərək onları lazerlə məhv edir. Məlumata görə, qurğunun təsir məsafəsi 3 metrə qədərdir. Onun saniyədə 30-a qədər ağcaqanadı məhv edə biləcəyi bildirilir.

Layihə qısa müddətdə sosial şəbəkələrdə böyük maraq doğurub. İlkin hədəfi cəmi 20 min dollar olan layihə artıq 2,7 milyon dollar vəsait toplayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR