İnsanlara hürriyət, millətlərə istiqlal!

Demet Akalından mirasla bağlı açıqlama: “Var-dövlətim...”

997 29.06.2026 23:37 Şou-biznes A A

Türkiyəli müğənni Demet Akalın son günlər sosial şəbəkələrdə gündəmə gələn miras müzakirələri barədə danışıb.

Sənətçi bildirib ki, sağlığında istədiyi insanlara maddi dəstək göstərə bilər, lakin vəfatından sonra bütün əmlakının qızı Hira adına qalacağını vurğulayıb. Akalın bu açıqlamanı yaxın dostu Fatih Ürek ətrafında aparılan miras mübahisələri fonunda edib. O, insanların həyatları boyu öz qərarlarını açıq şəkildə verməsinin vacibliyini qeyd edib.

Müğənninin sözlərinə görə, onun üçün əsas prioritet qızının gələcəyidir və bütün var-dövlətinin Hira Akalına qalması onun şəxsi qərarıdır.

Bu açıqlama sosial mediada geniş rezonans doğurub.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR