İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Qarayevin vəsiyyəti - VİDEO

2541 30.06.2026 09:08 Şou-biznes A A

Müğənni Elşad Qarayev vəsiyyətini açıqlayıb.

Sənətçi bu barədə "Bir gün" verilişində danışıb.

"Hər dəfə rayona gələndə qardaşlarımın məzarını ziyarət edirəm. Bu dünyadan hamımız köçəcəyik. Amma köçməyin də özünün bir üsulu var. Biri var desinlər, Allah rəhmət eləsin, biri də var deməsinlər. Ona görə insan gərək elə yaşasın ki, həmişə ona rəhmət oxusunlar.

Atamdan sonra böyük qardaşım Manaf bizə atalıq edib. Biz 7 qardaş, 1 bacı olmuşuq. 4 qardaşım sağ qalıb. Rəvana və anasına da demişəm ki, məzarım qardaşlarımın yanında olsun. Valideynlərimin və bacımın qəbirləri kənddədir, amma demişəm ki, məni qardaşlarımın yanında dəfn edin" deyə, Elşad Qarayev bildirib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR