İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Rusiya toqquşa bilərmi? – Natiq Cəfərli ilə “Canlı debat”

1137 04.05.2022 12:00 Gündəm A A

Azərbaycanın Rusiya ilə münasibətlərində gərginlik varmı? Vaxtaşırı bunun belə olması haqda rəylə yazılır, fikirlər səsləndirilir. Deyilir ki, Moskva Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, güclənən mövqeyini qəbul edə bilmir, qısqanır. Həmçinin Qarabağ məsələsində Rusiyanın mövqeyinin Azərbaycanı qane etmədiyi deyilir. Bəzən Azərbaycan rəhbərliyinin Rusiya haqda tənqidi fikirləri də bu cür qənaətlərin hasil olmasına gətirib çıxarır. Bəs gerçəklik nədən ibarətdir? Həqiqətən, Azərbaycanla Rusiya arasında gərginlik, inciklik varmı?
Rusiya Britaniyanı nüvə silahı ilə məhv edəcəyini deyib. Həmçinin baş nazir Blenkeni də yox edəcəyini deyib. Hər gün bir az daha da artır nüvə müharibəsi ehtimalı. Rusiya Qərbi, qarşı tərəf də Rusiyanı hədələyir. Bu hədə əmələ keçsə nolar? Bunu mümkün sayan ekspertlər varmı?

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə müxalif qüvvələrin etiraz aksiyalarının yekunu nə ola bilər? Paşinyanın devrilmə təhlükəsi varmı? Neçə gündür Yerevan küçələrində yürüşlər, itaətsizlik aksiyaları keçirir.

Etirazçılar yolları bağlayıb nəqliyyat hərəkətini iflic edirlər. Polis güc tətbiqi ilə hərəkəti bərpa edir, daha fəal etiraz iştirakçıları saxlanılıb polis bölmələrinə aparılır.

Bazar ertəsi 250-yə yaxın etirazçı saxlanılıb. Polisin məlumatına görə, onların hamısı sərbəst buraxılıb, bəzilərinə dair cərimə cəza tədbiri tətbiq edilib.

Son məlumata görə, bugünkü aksiya zamanı günün birinci yarısında 117 nəfər saxlanılıb. Bu prosesin arxasında Qərbdəki erməni diasporu dayanır, yoxsa Rusiya? Paşinyan gəldiyimi kimi gedəcəkmi? Onun iqtidardan uzaqlaşdırılması Qarabağ məsələsinə nə kimi təsir edər?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR